Yaponiyanın İqtisadiyyat naziri Akira Amari istefa verib. ANS PRESS-in məlumatına görə adı rüşvət qalmaqalında çəkilən 66 yaşlı nazir bu gün təşkil etdiyi mətbuat konfransında istefa edəcəyini açıqlayıb.

Nazir “parlamentin üzvü olaraq üzərimə düşən məsuliyyəti dərk edib, bir siyasətçi olmağın qüruru ilə bu gün tutduğum vəzifədən istefa verirəm” deyə bildirib.

Verilən məlumatlara görə, İqtisadiyyat naziri Akira Amari istefa ərizəsini birbaşa Yaponiyanın Baş naziri Shinzo Abeyə təqdim edib. İstefa ərizəsinin qəbul edilidiyi bildirilir.

Rüşvət aldığı deyilən, nazir ağlayaraq, istefa verdi (FOTO)
Yaponiyanın iqtisadiyyat naziri Akira Amari


Bir müddət əvvəl Amarinin adı "Weekly Bunshun" adlı jurnalda yardımçıları ilə birlikdə rüşvət qalmaqalında hallanıb. Belə ki, onun bir inşaat şirkətindən 103 min dollar rüşvət aldığı iddia edilir.

Amari mətbuat kofransında sözügedən məbləğ haqqında bir məlumatının olmadığını, ancaq katibinin pulu siyasi ianə olaraq, orqan tərəfindən alındığını söylədiyini bildiridi. Həmçinin bu vəzifəyə gəldiyi gündən həyatını vəzifəsini yerinə yetirməyə həsr etdiyini bildirən nazir, 3 ildir durmadan, yatmadan, dincəlmədən çalışdığını göz yaşları içində söyləyib.

Rüşvət aldığı deyilən, nazir ağlayaraq, istefa verdi (FOTO)
Nazir belə istifa verdi

Amari Abe hökuməti üçün önəmli bir siyasətçi idi. Akira Amari dil xərçəngi ilə mübarizə aparıb. Sağalandan sonra isə ABŞ-la Trans Sakit okean Tərəfdaşlığı ticarət müqaviləsi danışıqları aparıb.