A–
Bakı, 29 yanvar, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın enerji nəhəngi “Qazprom” şirkəti Türkiyənin özəl sektorunda fəaliyyət göstərən təbii qaz şirkətlərinə tətbiq etdiyi endirimi ləğv edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Rusiyadan illik 10 milyard kubmetr qaz idxalı edən Türkiyənin 6 özəl qaz şirkəti 2015-ci yanvarın 1-dən bu vaxtadək tətbiq edilən 10,25 faizlik endirimdən daha yararlana bilməyəcək.
“Qazprom” ilə Türkiyənin özəl şirkətlərinin nümayəndələrinin bir araya gəldiyi və bu qərarın verildiyi bildirilir. İki ölkə arasındakı münasibətlər qaydasına düşəndən sonra endirimin təkrar gündəmə gələ biləcəyi qeyd edilib.