Bakı. Trend:

“Bank of Azerbaijan” ASC-nin lisenziyasının ləğv olunması ilə əlaqadər, bu bankın əmanətçilərinə qorunan əmanətlərin ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən seçim aparılıb və “Muğanbank” ASC Fond tərəfindən “Bank of Azerbaijan”ın əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bank seçilib.

"Muğanbank"dan Trend-ə verilən məlumata görə, müvafiq qərar ADIF və “Muğanbank” ASC arasında imzalanmış 22.01.2016-cı il tarixli daxili muqavilə ilə rəsmiləşdirilib. Kompensasiya ödənişləri ”Muğanbank”ın Bakı şəhəri üzrə 4 filialında, Abşeron rayonunda yerləşən 1 filialı və regionlarda yerləşən 3 filialında həyata keçiriləcək.

Qeyd edək ki, 2012-ci ildə “Muğanbank” lisenziyası artıq ləğv olunmuş “Royal Bank” ASC-nin də əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini həyata keçirib və bu sahədə müvafiq təcrübəyə malikdir.

"Bank of Azerbaijan" ASC

"Muğanbank" ASC

Filiallar

Filiallar

Mərkəzi filial

4 saylı şöbə

Bakı ş, Həsən Əliyev k, 24

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95

1 saylı filial

Nəsimi filialı

Bakı ş., Ş.Bədəlbəyli küç., 94

Bakı şəhəri, Bül-bül Pr.53 mənzil 4-9

3 saylı filial Sahil

Qərb filialı

Bakı ş., S.Vurğun küç., 3

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96

4 saylı filial

4 saylı şöbə

Bakı ş., Y.V. Çəmənzəminli küç., 14

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95

7 saylı filial

Mərkəzi filial

Bakı ş., Nəsimi r-nu 3005-ci məhəllə, Cavadxan (Gəncəxanı) küç-si 11

Bakı şəhəri, Cavadxan küçəsi 11

20 sayli filial

4 saylı şöbə

Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 125

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95

23 saylı filial Avtovağzal

Abşeron filialı

Bakı ş., Sumqayıt şossesi, 3, Beynəlxalq avtovağzalın 1-ci mərtəbəsi

Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1

22 saylı filial Gəncə

Gəncə filialı

Gəncə ş., Ş.İ.Xətai pr. ilə H.Əliyev pr. kəsişməsində 56 A

Gəncə şəhəri, Cavadxan küçəsi 36

17 saylı filial Ucar

Ucar filialı

Ucar rayonu, Qarabörk kəndi

Ucar rayonu, Oğuz küçəsi 44

16 sayli filial Zərdab

Ağcəbədi filialı

Zərdab ş., R.Kərimov küç.

Ağcabədi şəhəri, Nəsimi küçəsi (Ağcabədi rayon İcra Hakimiyyətinin yanı)

Bizi Twitter-dən izləyin: @trend_az

Məqalədə:
  • agent bank
  • kompensasiya
  • əmanətçilər
  • Muğanbank
  • Bank of Azerbaijan