İranın iqtisadiyyat nazirinin Yaponiyaya səfəri başlayıb
Paylaş
42 baxış·1 dəq oxu
Bakı. 2 fevral. REPORT.AZ/ İranın iqtisadiyyat və maliyyə naziri Əli Tayebniyanın Yaponiyaya səfəri başlayıb. "Report" xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən məlumat verilib. XİN-in məlumatına görə, Əli Tayebniya Tokioda həm də Yaponiyanın xarici işlər naziri Fumio Kisidayla görüşəcək. Səfər fevralın 6-dək davam edəcək.