A–
Bakı, 2 fevral, AZƏRTAC
Dördüncü Qlobal Bakı Forumuna hazırlıq görüşü çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin və Mərkəzin üzvləri ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər İnstitutu arasında əməkdaşlıq, eyni zamanda, martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Foruma hazırlıq məsələləri müzakirə olunub.
Bundan başqa, Sarayevo şəhərinin meri və şəhərin dini lideri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb.
Qeyd edək ki, bu gün Sarayevoda IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçin dəstəyi ilə
“Dinlərarası dialoq və ekstremizmə cavab” mövzusunda xüsusi toplantı keçiriləcək.