A–
Tokio, 3 fevral, AZƏRTAC
Fevralın 2-də Yaponiyanın Nazirlər Kabineti Trans-Sakit okean Tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə razılaşmanın mətnini təsdiq edib. Yaponiya azad ticarət barədə müqaviləni imzalamağa hazırlaşan 12 dövlətdən biridir.
Xəbər verdiyimiz kimi, fevralın 4-də yeni Zelandiyanın Oklend şəhərində iştirakçı ölkələr imzalanma mərasimində iştirak edəcəklər.
Nazirlər Kabineti, həmçinin prosesin iştirakçısı olan ölkələrə, o cümlədən ABŞ və Avstraliyaya təqdim olunacaq notaların mətnini də təsdiqləyib.
TPP üzrə razılaşmanın mətnində bildirilir ki, Yaponiya ixrac olunacaq mal və donuz ətinə görə tarifləri kəskin şəkildə aşağı salacaq. Lakin bəndlərdən birində vurğulanır ki, ixrac həddindən artıq çox olacağı təqdirdə hökumət müvəqqəti olaraq tarifləri qaldıra bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio