A+
A–

Bakı, 3 fevral, AZƏRTAC
"PAŞA Sığorta" şirkətinin əməkdaşları "Sığortaçı Akademiyası" layihəsi çərçivəsində İB Club gənclər təşkilatı ilə birgə "Sığorta işinin əsasları və Korporativ İdarəetmə" mövzusunda təlimlər keçiriblər.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə İB club üzvü olan və olmayan 28 tələbə iştirak edib. Təlimlər risklərin idarə olunması, sığorta işinin əsasları, sığorta iddialarının tənzimlənməsi, marketinq, insan resursları və mühasibat mövzularını əhatə edib. Sonda bütün iştirakçılara sertifikatlar verilib, fərqlənən 3 iştirakçıya xüsusi hədiyyələr təqdim edilib.