Qış mövsümündə ekstrim həvəskarları daha bir maraqlı layihənin şahidi olacaqlar. Fevralın 7-də baş tutacaq Bizon Run n` Roll layihəsində məqsəd Azərbaycanın qış istirahət və xizək mərkəzlərinin birində böyük ölçülərdə kreativ boulinq oyunu təşkil edərək ölkənin əyləncə sektorunda yeniliyə imza atmaqdır. Burada əsas ideya müəyyən hündürlükdən içərisinə adam daxil olmuş 3 metrlik böyük şar ilə aşağıda yerləşdirilən böyük keqliləri dağıtmaq, bununla da maraqlı şou və ekstrim əyləncəyə nail olmaqdır.
Video Misal:
https://www.youtube.com/watch?v=8qmmC5g-1xQ
Qışda ekstremal əyləncə fəaliyyətlərinə Azərbaycan gənclərinin marağını artıraraq gələcəkdə bu tip fəaliyyətləri daha çox gerçəkləşdirməkdir. İlkin olaraq layihədə yüzlərlə gənci bir məkanda toplayıb ekstrim şou izləməyə dəvət etmək, yarışa tamaşa etmək üçün səsləmək planlaşdırılır. Layihənin əsas hissəsi yarışmanın keçirilməsidir. Yarışmada 2 nəfərdən ibarət komandalar seçiləcək. Burada 1 iştirakçı şarın içində aşağı sürüşməli, ikinci iştirakçı isə müəyyən xüsusi kostyumda şarın qarşısında qaçmalıdır. 2 kriteriya üzrə qaliblər seçiləcək:
"Ən uğurlu texnika"
"Tamaşaçıların simpatiyası"
Bütün nominasiyalar 3 nəfər məhşurdan ibarət olan münsiflər heyətinin xalları hesabına seçiləcək. Qaliblərə sponsorlar tərəfindən dəyərli hədiyyələr veriləcək.
Layihənin təşkilatçıları Bizon Energy Drink və Xtreme Pro, təşkilatı dəstək Şahdağ Turizm Mərkəzi və Paşa Sığortadır.
Layihənin informasiya dəstəyi Trend.az, Day.Az, Milli.Az
Əlavə məlumat:
Samir Qədirov
+994504903250
https://www.facebook.com/XtremeProAz/