A–
Bakı, 3 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində “Gəncliyin səsi” festivalı çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru, Əməkdar Müəllim Natiq Vəliyev Azərbaycan gənclərini bayram münasibətilə təbrik edib, gənclərə olan diqqət və qayğını müstəqil dövlətimizin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.
Sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə məktəbin şagirdləri müxtəlif musiqi alətlərində Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
