ANS PRESS-in məlumatına görə,bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.
Həmçinin əlavə edilib ki , iş üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Həmin iş üzrə 130 epizod araşdırılmaqla, cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb.
Hazırda ayrı-ayrı vətəndaşlardan daxil olan yeni müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.

Baş Prokurorluğun kollegiya iclası