A+
A–

Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 9-13-də Bakı İdman Sarayında cüdo üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 9-11 fevralda kiçik yaşlı yeniyetmələr (U-15), 12-13 fevralda isə gənclər (U-21) tatami üzərinə cıxacaqlar.
Azərbaycan Cüdo Federasiyası bütün cüdosevərləri Bakı İdman Sarayına dəvət edir. Giriş sərbəstdir.