Avstraliya sahillərində nadir növ tısbağa peyda olub.
Milli.Az bildirir ki, aznews.az BBC-yə istinadən xəbər verir ki, albinos-tısbağa Kvislenddə yaşıl tısbağanın 122 balasından biri olub. Tısbağanı tapan könüllülər qrupu onun vəziyyətinin yaxşı olduğunu və gümrah olduğunu bildirib.
Qeyd edək ki, adətən 1000 yaşıl tısbağadan yalnız 1-i yetkinlik yaşına çatır. Espertlər hesab edir ki, albinosların yaşamaq şansı daha azdır.
Xatırladaq ki, bir müddət öncə Tanzaniyada tətqiqatçılar nadir ağ zürafənin şəklini çəkməyə nail olmuşdular. Həmçinin ABŞ-ın Luiziana ştatında çox nadir delfin-albinosun yaşadığı məlum olmuşdu.
Milli.Az


