Moskva, 14 fevral, AzərTAc
Rusiyanın TASS informasiya agentliyi dünya ölkələrinin prezidentlərinin və hökumət başçılarının həyat yoldaşları ilə şəkillərindən ibarət fotoqalereyanı təqdim edib. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fotoşəkli da var. Fotoşəklə yazılan şərhdə qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehriban Əliyeva ilə 1983-cü ildə ailə qurub və onların iki qızı (Leyla və Arzu) və bir oğlu (Heydər) var.
TASS-ın fotoqalereyasında həmçinin dünya liderlərindən ABŞ Prezidenti Barak Obama, AFR kansleri Angela Merkel, Rusiyanın Baş naziri Dmitri Medvedev, Böyük Britaniyanın Baş naziri Devid Kemeron və başqalarının da fotoları yer alıb.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva