A–
Tbilisi, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü keçirilir.
Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat strukturlarının rəhbərləri iştirak edirlər.
Azərbaycanı bu tədbirdə nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili tədbiri açaraq Bakı-Tbilisi-Qars dəmir, yolu, böyük İpək yolu layihələri, eləcə də regionda həyata keçirilən digər irimiqyaslı layihələr barədə danışıb. Bildirib ki, bu layihələr dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə, eləcə də ölkələrimizin turizm potensialının inkişafına, iqtisadi-ticarət dövriyyəmizin genişlənməsinə xidmət edir.
Sonra mətbuat üçün qapalı davam edən görüşdə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu sahədə mövcud olan problemlər və onların həlli yolları, yolun tikintisinin tezliklə başa çatdırılması, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşınmaları və birgə əməkdaşlığın perspektivləri müzakirə olunur.
Sonda yekun protokolu imzalanacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
