Bakı. Trend:

Bu gün Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının 5 nəfərdən ibarət heyəti VII Beynəlxalq FAZZA yarışında iştirak etmək üçün BƏƏ-nin Dubay şəhərinə yola düşüblər. Trend-in məlumatına görə, bu, 12-20 fevral tarixlərində keçiriləcək son lisenziya xarakterli yarışdı.

Qeyd edək ki, səfər "Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə həyata keçirilir.

Bizi Twitter-dən izləyin: @trend_az