A+
A–

Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 15-17-də Azərbaycan Kikboksinq Federasiyası tərəfindən “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” adı altında XXII Azərbaycan çempionatı və kadetlər arasında ölkə birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq çempionatın keçirilməsində məqsəd 2016-cı ildə Avropa çempionatında və beynəlxalq turnirlərdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir. Həmçinin vətənpərvərlik ruhunu gücləndirmək və gəncləri pis vərdişlərdən uzaq tutmaqdır.