Burak Özçivitin Azərbaycana gəlməsi Türkiyə mətbuatının gündəminə çevirilib.

ANS PRESS-in məlumatına görə, “Qardaşım mənim” (“Kardeşim benim”) filminin təqdimatı üçün Azərbaycana gələn aktyor Türkiyə mətbuatında “Bakıda Aslı Enver və Burak Özçivit izdihamı” başlığı ilə yayımlanıb.

Xəbərdə qeyd olunur ki, “Özçivit Azərbaycana səfərində sevgiylə qarşılanıb. Qala gecəsinin biletləri bir neçə gün əvvəl satılıb, qurtarıb. Görüşdə böyük izdiham olub. Fanatlar aktyorla çoxlu “selfie” çəkdirib”.

Burak Özçivitin Azərbaycan səfəri Türkiyə mətbuatında (FOTO)

Əlavə edək ki, Burak Özçivit aktrisa Aslı Enverlə birlikdə “Qardaşım mənim” filminin təqdimat mərasiminə qatılıb. Burak Özçivit qala gecədən sonra şəhər gəzintisinə çıxıb. Aktyor Bayraq meydanından şəklini “İnstagram” səhifəsində izləyiciləri ilə paylaşıb. O, “Bakı, bayraq meydanından hamınıza salam olsun qardaş millət” yazıb.

Burak Özçivitin Azərbaycan səfəri Türkiyə mətbuatında (FOTO)
Burak Özçivit - aktyor

Burak Özçivitin Azərbaycan səfəri Türkiyə mətbuatında (FOTO)
Burak Özçivitin "İnstaqram" səhifəsi