A–
Bakı, 15 fevral, AZƏRTAC
İspaniyanın Valensiya şəhərində atçılığın konkur növü üzrə beynəlxalq turnirdə milli komandamızın üzvü Camal Rəhimov qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışda 70 idmançı iştirak edib.
Bu nailiyyəti ilə C.Rəhimov “Rio-2016” Olimpiadasında iştirak etmək üçün aktivinə daha 50 lisenziya xalı əlavə edib.