A+
A–

Füzuli, 15 fevral, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrının kollektivi N hərbi hissədə əsgər və zabitlər qarşısında çıxış edib.
AZƏRTAC xəbər verir ki, teatr repertuarında olan N.Vəzirovun “Hacı Qəmbər”, A.Səfərlinin “Fantan ərə gedir”, M.Əlizadənin “Toy kimindir”, A.Məmmədovun “Kişilər” əsərlərindən parçalar nümayiş etdirib. Əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov, Asif Şirinov, Məryəm Məmmədova və başqaları çıxış ediblər. Əsgərlər, həmçinin İntizar Quliyeva və Elçin Əhmədovun ifasında mahnılar dinləyiblər.
Füzuli Dövlət Dram Teatrı əsgərlər qarşısında çıxış edib
Füzuli Dövlət Dram Teatrı əsgərlər qarşısında çıxış edib