Bakı. Trend:
"Sevgililər günü" münasibətilə paytaxtın əyləncə məkanlarının birində Niyam Salaminin konserti baş tutub. Konsert proqramının maraqlı adı diqqətləri cəl edib - "Yuxuya bənzər sevgi". Trend-in məlumatına görə, konsert müğənni üçün əlamətdar olub. Belə ki, həm Niyamın doğum günü, həm də "Sevgililər günü"nü sənət dostlarının əhatəsində qeyd olunub.
Qonaqların arasında müğənni Elnarə Xəlilova həyat yoldaşı ilə, Elton, Yaşar Cəlilov, İzzət Bağırov və başqaları olub.
Bizi Twitter-dən izləyin: @trend_az