A+
A–

Afina, 16 fevral, AZƏRTAC
Yunanıstan televiziya radio yayım korporasiyasının (ERT) məlumatına görə “Eurovision-2016” mahnı müsabiqəsində bu ölkənin qarşılaşdığı problemlər, qaçqınlar, iqtisadi böhran, xarici borc kimi məsələlərə toxunan ümumiyyətlə isə optimist səslənən yeni mahnı ifa ediləcək.
Cari ilin mayında Stokholm şəhərində keçiriləcək mahnı müsabiqəsində Yunanıstanı yeni qrup - “Arqo” təmsil edəcək. Qrupun yunan dilində ifa edəcəyi hip-hop janrında olan bu mahnının rəsmi təqdimatı isə mart ayında olacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina