İstanbuldakı Şükrü Saracoğlu stadionunda keçiriləcək qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək.
Qrup mərhələsində "Fənərbağça" 9 xal toplayaraq Hollandiyanın "Ayaks" və Şotlandiyanın "Seltik" komandalarını qabaqlayıb. Yalnız Norveç "Molde"sindən geri qalan İstanbul klubu qrup mərhələsini ikinci pillədə tamamlayaraq 1/8 finala yüksəlib. Moskva təmsilçisi isə Türkiyənin "Beşiktaş", Portuqaliyanın "Sportinq" və Albaniyanın "Skenderbeu" klublarının çıxış etdiyi qrupda birinci olub.
Cavab görüşü fevralın 25-də Moskvada baş tutacaq.
Avropa Liqası, 1/16 final
21:00. "Fənərbağça" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
Baş hakim: Martin Strömberqsson (İsveç)
İstanbul. Şükrü Saracoğlu Stadionu.
Qeyd edək ki, 1/16 final mərhələsinin digər oyunları fevralın 18-də keçiriləcək.