Bakı. Trend:
ABŞ-ın məşhur aktyoru, "Polis akademiyası" filmində baş rollardan birində çəkilən Corc Qeyns vəfat edib. Trend TASS-a istinadən xəbər verir ki, 98 yaşlı aktyor ABŞ-ın Nort Bent şəhərində (Vaşinqton ştatı) qızının evində rəhmətə gedib.
C.Qeyns 1960-1970-ci illər ərzində müxtəlif seriallarda çəkilib. Ən tanınan obrazlardan biri "Polis akademiyası" filmindəki komissar Lassard olub. Həmçinin o, "Tutsi" komediya filmində baş rollardan birində çəkilib.
Aktyorun son filmi "Təzəcə toyları olmuş çütlük" oldu. 2003-cü ildə aktyor kino səhnəsini tərk edib.
Bizi Twitter-dən izləyin: @trend_az