A–
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, martın 4-dək davam edəcək toplanışda Murad Popov, Cavidan Qasımlı, Fərid Nəbiyev (hər üçü “Qəbələ”), Elçin Əsədov, Aslan Bədəlzadə, Ərziman Rizvanov, Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov (hamısı “Neftçi”), İsmayıl Babayev, Ricat Qarayev, Aqşin Hüseynov (hər üçü “Sumqayıt”), İbrahim Qədirzadə, Yusif Həsənov (hər ikisi “Xəzər-Lənkəran”), Ceyhun Muxtarlı, Süleyman Əhmədov (hər ikisi “İnter”), Murad Qayalı, Rövşən Şahmuradov (hər ikisi “Zirə”), Omid Derrah (“Vətən”), Nicat Mehbalıyev (“Bakı”), Hüseyn Seyliqli, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), Murad Mahmudov (“RB Leipzig”, Almaniya) və Timur Cabbarov (“Master-Saturn”, Rusiya) iştirak edirlər.
azertag.az: Türkiyə, Almaniya və Rusiya klublarından futbolçular millimizə dəvət olunub