A–
Bakı, 20 fevral, AZƏRTAC
Ölkəmizi Dünya Boks Seriyası (WSB) liqasında təmsil edən “Baku Fires” klubu üçüncü görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, komandamız Boks Mərkəzində “Puerto Rico Hurricanes” klubu ilə qarşılaşıb. Komandamız doğma meydanda rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Yarışda beş görüş keçirilməli idi. Ancaq qonaqların heyətində Antoni Ortisin Bakıya gəlməməsi səbəbi ilə dörd görüş təşkil olunub. Bakı təmsilçisi qalibiyyət sayəsində qrupdakı vəziyyətini yaxşılaşdırmaqla liderliyə nail olub.
Görüşdə Yaraş Məhəmmədov (56 kq, “Baku Fires”) Edqardo Rolona (“Puerto Rico Hurricanes”), Heybətulla Hacıəliyev (64 kq) Jan Riveraya, Abdulqadir Abdullayev (91 kq) isə Roman Fressə (texniki nokdaun) qalib gəlib.
Turnir cədvəlinə beş xalla “Baku Fires” liderlik edir. “Uzbek Tigers” dörd xalla ikinci, “Astana Arlans” (3 xal) isə üçüncü pillədə yer alır. “Puerto Rico Hurricanes” komandasının hesabında isə qələbə yoxdur.
AZERTAG.AZ :“Baku Fires” boks komandası qələbə qazanaraq liderliyi ələ keçirib