Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, sərnişinlərin 96,5%-i avtobus, 3,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,2% azalaraq 16,8 mln. nəfərə çatıb.
Hava nəqliyyatı ilə 114,6 min və ya 11,0 % az sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 44,9 % artaraq 11,3 min tona çatıb.