Butanın kral və kraliçası yeni doğulmuş övladlarının fotolarını ilk dəfə yayıblar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Himalay dağlarındakı kiçik krallığın taxt-tacının varisi ötən həftənin cümə günü dünyaya gəlib.
Körpənin adı hələlik açıqlanmayıb.
İlk fotoda oğlanı atası, kral Ciqme Khesar Namqyal Vanqçuk və ya anası, kraliça Cesun Pema yox, taxt-tacdan imtina etmiş sabiq kral, uşağın babası Ciqme Sinqye Vanqçuk qucağında tutub. Foto ölkə paytaxtı Thimphudakı "Linqkana" kral sarayında çəkilib.
Butan kralı və kraliçasını "Asiyanın Uilyam və Keyti" adlandırır, Britaniya şahzadəsi Uilyama və hersoginya Keyt Midlltona bənzədirlər.
King and Queen of Bhutan share the first photo of their newborn Prince https://t.co/CSOyiDC7IY pic.twitter.com/KHBRFUm4gX
- Daily Mail Femail (@Femail) 10 февраля 2016
Britaniya və ABŞ-da təhsil alan, 2008-ci ildə taxta oturan Ciqme Khesar Namqyal Vanqçuk Asiyada populyar monarxdır. 2011-ci ildə onun toyu Butanda ən böyük hadisə olmuşdu.
Butan kralının 35, kraliçanın 25 yaşı var. Onlar 2011-ci ildə, Cetsun Pema Londondakı kollecdə təhsil alanda tanış olublar.
Ciqmenin atasının, sabiq kralın 4 arvadı var.
Gənc kralın dediyinə görə, əslində 17 yaşı olanda Cetsunu tanıyıb: kraliçanın o zaman 7 yaşı vardı.
Kraliça Cetsun "adi ailədən olan" insan saılır. Onun anası Butanın keçmiş krallarından birinin arvadının qohumu, babası isə vilayət qubernatoru olsa da, atası təyyarə pilotudur.
Ciqme Butanı 1907-ci ildən bəri idarə edən Vanqçuk sülaləsindən 5-ci kraldır.
Absolyut monarxiya olan Butanda 2008-ci ilin martında Konstitusiya qəbul olunub və ilk dəfə parlamentə seçkilər keçirilib.
Milli.Az








