"Report" xəbər verir ki, musiqili tamaşa teatr bəstəkarlarının əsərləri əsasında hazırlanıb.
Qeyd edək ki, Bakıda 4-cü dəfə keçiriləcək musiqi layihəsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Layihənin rəhbəri əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir.
"Zamanla üz-üzə" Beynəlxalq Musiqi Layihəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijorlar Rauf Abdullayev, Fuad İbrahimov və solistlər iştirak edəcək.
Beynəlxalq Musiqi Layihəsində önəmli məqam səslənəcək müasir musiqi əsərlərinin ilk dəfə ifa edilməsindən ibarətdir.
"Zamanla üz-üzə" Musiqi Layihəsinin açılışı Dövlət Gənc Taamaşaçılar Teatrında olacaq. Konsertlər teatrla yanaşı, Dövlət Filarmoniyasının səhnəsində nümayiş etdiriləcək.
Layihənin ikinci mərhələsi aprelin 13-15-də olacaq.
Xatırladaq ki, 2007-2008-ci illər mövsümündə reallaşdırılmış ilk layihənin 12 konsertində barokko və klassisizim musiqisindən müasir bəstəkarların əsərlərinə qədər geniş spekt əhatə edilib.
