A+
A–

Bakı, 23 aprel, AZƏRTAC
Fevralın 24–dən martın 1-dək İtaliyanın Bresçia şəhərində yerləşən “L.Marenzio” Konservatoriyasının professoru, “Silenus Ensemble”nin bədii rəhbəri Claudio Marini (cello) və Bresçia Konservatoriyasının opera sənəti üzrə professoru Vittoria Licari (vocal) Ü.Hacıbəyli adında Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsləri keçəcəklər.
BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevral 25-də Estoniyanın ölkəmizdəki səfirliyi tərəfindən akademiyada "Estonian National Day" adlı tədbir təşkil olunacaq. Tədbirdə Talinnin “Vanalinna Segakoor” xoru və Estoniyalı orqan ifaçısı Kristel Aer, həmçinin BMA-nın professoru, Rasimə Babayeva (orqan ifaçısı) konsert proqramı ilə çıxış edəcəklər.
Eyni zamanda aprelin 21-dən 24-dək BMA və Polşanın Adam Mitskieviç İnstitutunun birgə təşəbbüsü ilə akademiyada Liceo Konservatoriyasının professoru Pol Kortez (viola) və BBC Simfonik Orkestrinin və London Sinfonianın trombon ifaçısı Dan Cenkins (trombon) tərəfindən ustad dərsləri təşkil ediləcək.
AZERTAG.AZ :Bakı Musiqi Akademiyasının xarici konservatoriyalarla əməkdaşlıq əlaqələri genişlənir