A–
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də səhər saatlarında Nepal dağlarında yoxa çıxan təyyarənin bütün sərnişinləri həlak olub. Bu barədə Nepalın Turizm Nazirliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Tara Airlines” aviakompaniyasına məxsus kiçik təyyarə Nepal dağlarında radarlardan itmişdi. Təyyarənin göyərtəsində 20 sərnişin və 3 heyət üzvünün olduğu bildirilir. Onların arasında bir Çin və bir Küveyt vətəndaşı da var.
Pokxara şəhərinin hava limanının nümayəndəsi Yoqendra Kuvara təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra onunla əlaqənin kəsildiyini bildirib.
AZERTAG.AZ :Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub