
Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq.
Nəzərinizə çatdıraq ki, sınaq imtahanlarına yazılış xidməti istər müvafiq qurumun rəsmi səhifəsindən istərsə də "Elektron hökumət" portalı üzərindən mümkündür.
"Elektron hökumət" portalı üzərindən sınaq imtahanına yazılmaq üçün:
"www.e-gov.az" portalına daxil olaraq "Qeydiyatsız xidmətlər" bölməsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri sırasından "Sınaq imtahanına yazılış" elektron xidmətini seçin.
Sınaq imtahanına buraxılış vərəqi əldə etmək üçün açılan pəncərədə "Ödəmə kartları" bölməsində əks olunan https://rest.goldenpay.az/tqdk/ linkini seçib ödəniş edin.

Yeni istifadəçi kimi qeydiyyat keçmək üçün "YENİ İSTİFADƏÇİ" bölməsinə daxil olun. Açılan pəncərədə müvafiq xanaları qeyd edib "Qeydiyyatdan keçir" düyməsini seçin.

Qeydiyyatdan keçib hesab açmısınızsa, istifadəçi adınızı və parolunuzu aşağıdakı uyğun sahələrə qeyd edib sistemə daxil olun.

Sınaq imtahanına buradan yazılın hissəsini seçin.

Açılan pəncərədə sınaq imtahanının keçiriləcəyi məkan, ünvan və imtahana boş yerlərin sayı cədvəldə əks olunur. Abituriyent istədiyi imtahan məkanını seçə bilər.

Açılan pəncərədə müvafiq xanaları qeyd etdikdən sonra "Qeydə al" düyməsini seçin.

Yekun mərhələdə sistem tərəfindən "İmtahana buraxılış vərəqəsi" formalaşdırılır.
Hazır formanı çap edə və ya kompüterin yaddaşına yaza bilərsiniz