Türkiyənin ev sahibliyi etdiyi MMA üzrə 4-cü dünya festivalına 10 ölkədən 200-ə yaxın döyüşçü qatılıb.

Regional TV (Region TV) xəbər verir ki, ölkəmizi beynəlxalq turnirdə yalnız Xaçmaz komandasından Murad Quliyev təmsil edib. Həmyerlimiz kişilər arasında "unifight" növü üzrə 60 kiloqramda kürsünün ikinci pilləsinə qalxmağı bacarıb.

Hazırda məşqlərini Xaçmazda davam etdirən Murad Bakıda gənclər arasında keçiriləcək beynəlxalq turnirə və Avropa çempionatına hazırlaşır.

Milli.Az