Bakı, 16 fevral, AzərTAc
“Deportivo” futbol komandası ilə qarşılaşma “Real Madrid”in qapıçısı İker Kasilyas üçün əlamətdar olub.
AzərTAc xəbər verir ki, Madrid təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi görüş kral klubunun qapıçısı İker Kasilyas üçün 327-ci qələbə olub. Qapıçı bu göstəriciyə görə komandanın əfsanəvi futbolçusu Raul Qonzalesə çatıb. Gələn həftə İ.Kasilyas “Elçe” ilə görüşdə bu rekordu yeniləyə bilər.
Xatırladaq ki, 327 qələbə üçün İ.Kasilyasa 499 oyun lazım gəlib. Raul isə bu göstəriciyə 550 oyunda nail ola bilmişdi.