Roma Katolik Kilsəsində yeni qalmaqal yaşanır.
Keşiş Stiven Krossanın narkoman və nasist olduğu ortaya çıxıb.
Milli.Az The Sun of Sunday-ə istinadən bildirir ki, o, evdə kokain qəbul etdiyi anlarda videoda əks olunub.
Şimali İrlandiyadakı Bendbric şəhərində yerləşən Müqəddəs Patrik Kilsəsində (St Patrick's Church) keşiş olan 37 yaşlı Stiven Krossa 10 funt-sterlinqlik əskinas vasitəsilə burnuna kokain çəkib.
Onun evində nasizm atributikası, faşist paltarları və papaqları da var.
S.Krossan narkotik maddələr qəbul etdiyini, amma "narkotik maddələrdən asılı olmadığını" deyib.
Ruth Warrander qəzetinə verdiyi açıqlamasında o, söyləyib: "Sadəcə, həmin axşam parti idi və bir qədər əylənmək qərarına gəldim. Narkoman deyiləm".
Lakin həmin partidə olanların dediklərinə görə, keşiş Krossan pivə və "Jack Daniels" viskisi içəndən sonra sərxoş olub, axırda da kokain qəbul edib.
"St Patrick's College Maynooth"da təhsil almış Stiven Krossan 2007-c ildə teologiya üzrə magistr dərəcəsinə də yiyələnib.
Meynut şəhərində keşiş olmuş Krossan 2012-ci ildə Sent Patrik, daha sonra Sent Piter, Larqan və Tilliliş kilsələrində kürelik edib.
Vatikan olayı diqqətlə araşdıracağını bildirib.
Milli.Az





