A+
A–

Bakı, 29 fevral, AZƏRTAC
Fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub.
AZERTAG.AZ :Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana səfərə gələcək