A+
A–

Bakı, 29 fevral, AZƏRTAC
Sabah Moskvada, “Kosmos” mehmanxanasında “Aeroflot Open 2016” beynəlxalq şahmat festivalı start götürür.
AZƏRTAC xəbər verir ki, əsas “A” turnirində 83 iştirakçıdan 69-u qrossmeysterdir. Azərbaycan təmsilçisi Eltac Səfərli də bu qrupda gücünü sınayacaq.
“C” turnirində 57 şahmatçı yarışacaq. “B” turnirində 85 idmançı arasında Azərbaycanın şərəfini FİDE ustası Aydan Höcətova qoruyacaq.
Turnirlər İsveçrə sistemi ilə 8 turda keçiriləcək.
Əsas turnirin qalibi bu ilin iyun-iyul aylarında Dortmundda baş tutacaq superturnirə vəsiqə qazanacaq.
Martın 10-da “Aeroflot” Kuboku uğrunda blits-turnir keçiriləcək.
Yarışların ümumi mükafat fondu 140 min avrodur.
AZERTAG.AZ :Şahmat festivalının bütün iştirakçıları artıq məlumdur
Şahmat festivalının bütün iştirakçıları artıq məlumdur