A–
Bakı, 29 fevral, AZƏRTAC
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin “Müasir mədəniyyətşünaslıq” jurnalının nəşri istiqamətində müvafiq işçi qrupunun formalaşdırılması qərara alınıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin növbəti iclasında jurnalın gələcək forma və məzmunu haqqında ətraflı söz açan mərkəzin direktoru Asif Usubəliyev bu istiqamətdə əsas vəzifələri izah edib. Dövlət mədəniyyət siyasətinin daha əhatəli və yeni elmi əsaslarla təbliği üsullarından danışıb.
İclasda “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun ideya və təkliflərinin də jurnalda nəzərə alınması istiqamətində fikirlər səsləndirilib.
AZERTAG.AZ :“Müasir mədəniyyətşünaslıq” jurnalı yeni fəaliyyət istiqamətində nəşrə başlayacaq