Bakı. Trend:

Fevralın 28-dən start verilən stolüstü tennis üzrə dünya çempionatında Azərbaycan yığma komandası öz qrupunda reytinqinə görə daha öndə olan Argentina, Qazaxıstan, Qvatemala, Latviya və Monqolustan komandaları ilə görüşüb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan komandası Qvatemala yığma komandasına 3:1, Argentina yığma komandasına 3:0, Qazaxıstan yığma komandasına 3:1 hesabı ilə qalib gəlib. Azərbaycan-Monqolustan tennis yarışması isə 3:0 hesabı ilə başa çatıb.

Komandamız martın 2-də yarımqrup mərhələsində son görüşünü Latviya yığması ilə keçirəcək.

Bizi Twitter-dən izləyin: @trend_az