A+
A–

Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, bu il ölkəmizdə təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan yığmamız Ukrayna komandası ilə üz-üzə gəlib.
Bakıda təlim-məşq toplanışında olan Ukrayna millisi ilə planlaşdırılan iki yoxlama matçından birincisində qonaq komanda qalib gəlib. Görüşün ikinci hissəsində iki qol vuran Ukrayna millisi qələbəyə sevinib - 2 :0. Bakı Olimpiya Stadionunda baş tutan görüşdə Təbriz Həsənovun yetirmələrinin qapısından hər iki qolu 57-ci və 77-ci dəqiqələrdə Aleksey Kaşşuk keçirib.
Qeyd edək ki, martın 3-də Ukrayna ilə yenidən üz-üzə gələcək yığma komandamız ötən ay Rusiya millisi ilə iki yoxlama matçı keçirmişdi. İlk görüşdə 1:5 hesabı ilə uduzan millimiz ikinci revanş oyunda qalib gəlmişdi – 1:0.
AZERTAG.AZ :Azərbaycanın U-17 millisi növbəti yoxlama oyununu keçirib