Bir sıra internet portallarında İntizar İsmayılın İTV-dən işdən çıxarıldığı və bunun AzTV rəhbərliyinin qərarıyla olduğu haqda məlumat yayılıb.

Milli.Az bildirir ki, İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı açıqlama verib:

"İntizar Dinlərlə (İsmayıl) bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onun müqaviləsinə xitam verilib.

Həmçinin nəzərinizə çatdırırıq ki, İTV-nin rəhbərliyi qərarları kənardan heç bir müdaxilə olmadan, müstəqil şəkildə qəbul edir və verilmiş qərarların AzTV rəhbərliyinə heç bir aidiyyatı yoxdur".

Milli.Az