A–
Bakı, 2 mart, AZƏRTAC
"PAŞA Sığorta" şirkətinin əməkdaşları "Sığortaçı Akademiyası" layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə ilk təlim keçiblər.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 20 nəfər qalibin seçilməsi və onlara "Sığorta işinin əsasları və korporativ idatəetmə" mövzusunda təlimlərin keçirilməsi planlaşdırılıb. Budəfəki təlimə 11 qalib qatılıb, digərləri isə martın 17-18-də keçiriləcək təlimlərdə iştirak edəcəklər.
Təlimlər risklərin idarə olunması, sığorta işinin əsasları, sığorta iddialarının tənzimlənməsi, marketinq, insan resursları və mühasibat mövzularını əhatə edib. Təlimin sonunda iştirakçılara sertifikatlar verilib və 3 ən fəal iştirakçıya xüsusi hədiyyələr təqdim olunub. Layihənin əsas məqsədi gənclərimizin sığorta biliklərini artırmaqdır.
AZERTAG.AZ :"Sığortaçı Akademiyası" layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə ilk təlim keçirilib