A–
Berlin, 2 mart, AZƏRTAC
Avropa İttifaqı Məhkəməsinin ali instansiyası olan Lüksemburqda Avropa Məhkəməsi qərara alıb ki, AFR hökumətinin sığınacaq xahiş edənlər üçün yaşayış yeri seçmək hüququ var. Məqsəd onları cəmiyyətə daha yaxşı inteqrasiya etməkdir.
Belə bir qərar Suriyanın iki vətəndaşı barəsində çıxarılıb. Almaniyaya gələndən sonra onlara sığınacaq alan statusu verilməyib. Amma Suriyada həyatları təhlükədə olduğu üçün onlar subsidiar müdafiə deyilən müdafiə ilə təmin olunublar. Almaniya hakimiyyətinin belə statusu olan şəxslər üçün yaşayış yerini sərbəst təyin etmək ixtiyarı var. Bununla belə, bu qərar Avropa İttifaqı qanunlarına ziddir. Aİ ərazisində qüvvədə olan hüquq normalarına görə, miqrantlar yaşayış yerini seçməkdə sərbəstdirlər.
Lüksemburq məhkəməsi AFR-in milli qanunvericiliyinin Aİ-nin normaları üzərində aliliyinin xeyrinə qərar çıxarıb. O, belə bir arqumenti əsas gətirib ki, subsidiar müdafiədən istifadə edən şəxslərin daha yaxşı inteqrasiyası təmin olunmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
AZERTAG.AZ :Almaniya hökuməti qaçqınlar üçün yaşayış yerini özü seçəcək