[ 17 Fevral 2015 14:58 ]
Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə fitosanitar nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, indiyə qədər fitosanitar tədbirlərin yerinə yetirilməsi üçün dövlət fitosanitar müfəttişləri tərəfindən verilmiş qərarlara və göstərişlərə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifəsi olub.
Dəyişikliyə əsasən, bundan sonra fitosanitar müfəttişləri tərəfindən deyil, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən verilmiş qərar və göstərişlərə əmək etmək hüquqi və fiziki şəxslərin vəzifəsi olacaq.