A+
A–

Bakı, 3 mart, AZƏRTAC
Nizami Kino Mərkəzində martın 3–dən “Şərq qarışanda” milli və Rusiya istehsalı olan “Səkkiz ən yaxşı görüş” filmlərinin nümayişinə başlanıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rəqqasə Oksana Rəsulovanın rəhbərlik etdiyi “Oksimediya” prodakşnın qorxu janrında lentə aldığı “Şərq qarışanda” filminin rejissoru Samir Kərimoğlu, operatoru Nadir Mehdiyevdir.
Kinolent 1992-ci ildə doqquz yeniyetmənin manyak tərəfindən qəddarcasına qətlə yetirilməsindən bəhs edir. Hadisədən iyirmi dörd il keçməsinə baxmayaraq dəhşət hələ davam edir...
Filmdə baş rolları aktyorlar Ramiz Novruz, Qurban İsmayılov, İlhamə Qasımova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva canlandırıblar.
Rejissor Maryus Vaysberqin çəkdiyi “8 ən yaxşı görüş” filmi melodramatik komediya janrındadır.
Filmdə rolları Vladimir Zelenski, Vera Brejneva, Vladimir Epifantsev, Yevgeniy Koşevoy, Sergey Kazanin, Nino Kantariya, Viktor Şur və digər aktyorlar canlandırıblar.
AZERTAG.AZ :Nizami Kino Mərkəzində yeni yerli və xarici filmlər