Azərbaycanın tanınmış müğənnilərinin bir qismi ötən ildən qalma vergi borclarını ödəyib, bəziləri isə yenidən borclanıblar.
Milli.Az bildirir ki, Vergilər Nazirliyindən axar.az-a verilən məlumata görə, müğənnilərin vergi borcları aşağıdakı kimidir:
Xalq artisti Aygün Kazımova - 3 manat 80 qəpik (ötən ildən qalıb)
Xalq artisti Briliant Dadaşova - 11 min 818 manat (bu il yanvarın əvvəlində 21 min 901 manat olub)
Xalq artisti Faiq Ağayev - 397 manat (ötən il borcu olmayıb)
Əməkdar artist Röyalə Nəcəfova - borcu yoxdur (ötən il 3 min 88 manat borcu olub)
Müğənni Xəyyam Nisanov - 4 min 192 manat (ötən il 4 min 300 manat borcu olub)
Zamiq Hüseynov - 451 manat (ötən il 4 min 700 manat borcu olub)
Rəqsanə İsmayılova - 4 min 740 manat (ötən il 4 min 300 manat borcu olub)
Emil Bədəlov - 3 min 899 manat (ötən il 3 min 600 manat borcu olub)
Şeron Qrupu MMC - 316 manat (ötən il 13 min manat borcu olub)
Ayaz Qasımov - borcu yoxdur
Milli.Az