A–
Bakı, 4 mart, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubu yeni rekorda imza atıb.
AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, ötən gün Primeronun 27-ci turunda “Rayo Valekano” komandası üzərində 5:1 hesabı ilə qələbə qazanan Kataloniya təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb. Bununla da Luis Enrikenin yetirmələri 1988-1989-cu il mövsümündə 34 oyunda məğlub olmayan Madridin “Real” klubuna məxsus rekordu yeniləyiblər.
Kataloniyalıların bu qalibiyyətində Türkiyə millisinin ulduz futbolçusu Arda Turanın da payı olub. Matçın 86-cı dəqiqəsində fərqlənən Arda “Barselona”nın heyətində ilk qola imza atıb.
Hazırda ən yaxın izləyicisi “Atletiko” ilə xal fərqini səkkizə çatdıran “Barsa” 69 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.
AZERTAG.AZ :“Barselona” 35 oyunluk məğlubiyyətsizlik seriyası ilə yeni rekord müəyyənləşdirib