A–
Kiyev, 5 mart, AZƏRTAC
Ukrayna ərazisindən keçəcək yeni “Via Carpathia” avtonəqliyyat marşrutu Şərqi Avropa ölkələrini birləşdirəcək. AZƏRTAC Ukrayna İnfrastruktur Nazirliyinə istinadla bildirir ki, Bolqarıstan, Çexiya, Yunanıstan, Macarıstan, Litva, Polşa, Slovakiya, Rumıniya və Türkiyə nəqliyyat nazirlərinin bəyannaməsini Ukrayna tərəfindən infrastruktur nazirinin müavini Oksana Reyter imzalayıb.
Nazirliyin məlumatında deyilir: “2010-cu ildə bu dəhliz barədə ideyanın mahiyyəti Aİ üzvü olan Şərqi Avropa ölkələrini birləşdirməkdən ibarət idi. Bu gün isə həmin dəhlizin Ukrayna ərazisinə tərəf davam etdirilməsi zərurəti yaranıb”.
Klaypeda ilə Salonikini birləşdirəcək marşrut Koşitse, Debretsen, Timişoare və Sofiyadan keçəcək.
Rumıniyada və Bolqarıstanda Konstansa liman şəhəri tərəfə və Türkiyə sərhədinə qədər iki şaxə inşa edilməsi nəzərdə tutulur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
AZERTAG.AZ :“Via Carpathia” magistralı Ukraynadan Avropaya və Asiyaya yol açacaq