İntizar bəzən ehtiyac və bəzən də gözlənti mənasında işlənər. Əgər ehtiyac mənasında olarsa, deməli dinə gəlməzdən əvvəl olar və insan dinə inanmağa başlayar. İnsanın ehtiyacları olar və din həmin ehtiyacları təmin etməyə başlayar. Əgər gözlənti olarsa, deməli dində olan zaman olar, dini qəbul etdikdən sonra ondan gözləntiləri olar. Bəs insan bir dini qəbul edəndən sonra, dindən hansı gözləntiləri ola bilər ki? Din onun hansı arzu və gözləntilərini yerinə yetirər?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, intizar iki növ olur:
1) sadiq və haqq olan intizar;
2) kazib və batil olan intizar.
Necə ki, susuzluq da iki cür olur: sadiq və kazib.
Kazib və ya yalançı intizar odur ki, şeytan insana təlqin edər və onu həmin intizarla məşğul edər. "Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm". ("Nisa" 119).
Sadiq intizar və ya doğru intizar odur ki, insanın varlıq həqiqəti ilə həmahəng və uyğun olsun. İlahi görüşə intizar kimi. Həmçinin behiştə çatmaq intizarı da sadiq intizarlardandır ki, iman və saleh əməl sayəsində hasil olar.
Haqq intizarla batil intizarı bir-birindən ayırmaq üçün mahir olmaq lazımdır. Necə ki, sadiq susuzluq ilə kazibi ayırmaq - həkimin işidir, sadiq və kazib intizarı ayırd etmək də İlahi dinin işidir.
İnsanın sadiq intizarları da iki cür olur: əsil və əsil olmayan.
İnsanın əsil intizarları etiqadının mehvərindən olar. İnsan gərək öz həqiqətini dərk etsin və Xaliqini tanısın, dünyanı tanısın. Gərək bilsin ki, din və məktəb olmalıdır ki, insanlığın həqiqətini ona öyrədə bilsin. Xaliqi ona tanıtsın. Onun sifətlərini, adlarını, Cəlal və Camal sifətlərini ona öyrətsin. İnsanın Allahla olan rabitəsinin keyfiyyətini başa salsın.
Əsil olmayan intizarlar isə insana olan aid başqa məsələlərə, o cümlədən: iqtisadi cəhətdən təmin olunmasına, gigiyena qaydalarına, əxlaqi məsələlərinə aid edilir.
Hədisdə oxuyuruq: "Bir kişi təmiz paltar geyinir və vüqarlı zahiri ilə Mədinəyə daxil olur. İslamın əvvəllərində olan müsəlmanlar bu kişini görən zaman deyirlər: Necə də aqil insandır. Həzrət Peyğəmbər (s) buyurur: "Ağıl - təmiz paltarla deyildir, ağıl - tövhidlədir. Aqil o kəsdir ki, tək olan Allaha inanan olsun". (Erfan)
Çünki bir insanın təmizliyi əsil olmayan intizarlardandır, əsil intizar deyildir. O insan ki, həmişə Allahın dərgahında olduğunu dərk edər və batini və zahiri ilə buna agahlığı olar - bu bəndə xalis təslim olanlardan olar. İnsan o zaman ki, məada etiqad əldə edər, başa düşər ki, Qiyamət - dinin həqiqətidir və ona görə də öz əməllərinə həmişə diqqət edər. Çünki qarşıda Qiyamət vardır. "Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: "Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O, zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir". ("Əraf" 187).
Hər kim sadiq intizarın əsil olanına agahlıq əldə edər, əsil olmayanlar özü-özündən həll olar.
Beləliklə deyə bilərik ki, dinə gəlmiş bir insanın dindən gözləntiləri olar. Din ona kim olduğunu, haradan gəldiyini, hara gedəcəyini və Xaliqinin kim olduğunu, yaşadığı bu dünyanın necə bir dünya olduğunu başa salar və bütün maddi və mənəvi ehtiyaclarını təmin edər.
Milli.Az