Klubların futbolçularla imzaladığı müqavilələrin bilinməyən detallarını açıqlamaqla məşhurlaşan "Footbal Leaks 2015" daha bir "bomba partaladıb". Fanat.az xəbər verir ki, sayt bu dəfə Luka Luka Modriçin "Real"a keçidi zamanı imzalanan anlaşmanı üzə çıxarıb.


Modriç 2012-ci ildə "Tottenhem"dən "Real"a 30 milyon avroya transfer olunub. Məlum olub ki, xorvat oyunçu İspaniyadakı ilk mövsümündə 3,7 milyon avro qazanıb. Onun indiki illik qazancı isə 4,4 milyon avrodu.


Bu rəqəm onun kimi "Tottenhem"dən transfer olunan Qaret Beylin maaşından dəfələrlə azdı. Belə ki, Beyl "Real"da ilk 15 milyon avro qazanır.


"Real" Modriçə qiymət də qoyub. Belə ki, futbolçu müqaviləsini pozamaq üçün 387 milyon avro ödəməlidi.


Daha bir futbolçunun müqaviləsi ifşa olundu -   387 milyon


Daha bir futbolçunun müqaviləsi ifşa olundu -   387 milyon


Qeyd edək ki, "Footbal Leaks 2015" bundan əvvəl Məsut Özilin, Ceyms Rodrigesin, Toni Kroosun, Qaret Beylin müqavilələrini açıqlayıb.


Fanat.az