Bakıda Nəqliyyat Nazirliyinin iki maşını qəzaya düşüb.
Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.
Qəza zamanı yolda təmir işləri aparılan zaman “Shacman” markalı yuk maşının idarəetməni itirilməsi nəticəsində Nəqliyyat Nazirliyi Azəryolservis ASC-yə məxsus və dayanan vəziyyətdə olan “Mitsubishi” və “UAZ” markalı avtomobillərə çırpılıb.
Qəza zamanı yol təmiri ilə məşğul olan ASC-nin 3 fəhləsi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin


Nəqliyyat Nazirliyinin maşınları qəzaya düşdü, 3 fəhlə yaralandı - FOTO
Nəqliyyat Nazirliyinin maşınları qəzaya düşdü, 3 fəhlə yaralandı - FOTO
Nəqliyyat Nazirliyinin maşınları qəzaya düşdü, 3 fəhlə yaralandı - FOTO